Tanınmış aktyorun qohumu evində ölü tapıldı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aktyorun qohumu evində ölü tapıldı - VİDEO

Hadisə

17 Aprel 2026 13:34 710


Bakıda 71 yaşlı qadının yaşadığı evdə meyiti tapılıb.

"Yeni Sabah" ARB-yə istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında baş verib.

Uzun müddət tək yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib. pizza mizza

Mənzildə meyiti tapılan Leyla Şeyxzamanovanın 10 günə yaxındır işə getmədiyini görən həmkarları 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar. Çağırış əsasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.

Qeyd edək ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!