Avqustun 25-də Sabunçu rayonu ərazisdindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, evdən ümumilikdə 1650 manat dəyərində məişət əşyaları oğurlanıb.
Əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - 43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar. Dördpendirli pizza
Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən edilib.
Araşdırma aparılır.
Qeyd edək ki, oğurluq olan bağ evi tanınmış aparıcı Yelena Sidorenkoya məxsusdur.
Telegram kanalımız