Tanınmış bəstəkar vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış bəstəkar vəfat etdi

Mədəniyyət

13 Aprel 2026 12:22 952


Tanınmış aranjimançı-bəstəkar, “Aşıqlar” qrupunun üzvü Nazim Əhməd 68 yaşında vəfat edib. 

“Yeni Sabah” xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib. 

N.Əhməd 2025-ci il oktyabrın 12-də insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. O, Respublika Neyrocərrahiyyə Mərkəzində müalicə alırdı. Oğlu Musa Əhmədov atasının əməliyyatı üçün təqribən 70 min manat vəsait tələb olunduğunu bildirmişdi. Dominos pizza

Qeyd edək ki, Nazim Əhməd 1958-ci ildə Bakı şəhərində anadan olub. O,  müxtəlif illərdə Azərbaycan Konsert Birliyində “Bakının işıqları” və başqa musiqi kollektivlərində çalışıb. N.Əhməd “Aşıqlar” qrupunun aranjimançısı və sintezator ifaçısı idi. 

 Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!