Tanınmış bəstəkara BDU-da vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

Mədəniyyət

19 Fevral 2020 12:48 1032


Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinə Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub. Universitetdən "Yeni Sabah"a verilən məlumata görə, Mərkəz tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Eyni zamanda mədəni-kütləvi tədbirlərdə iştirakı təmin etmək üçün yaradılan Mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, eyni zamanda, ölkə festivallarında, milli bayramlarda, respublikadan kənarda keçirilən tədbirlərə qatılmaq üçün universitet tələbələrindən ibarət qrupların təşkili işinin həyata keçirilməsi nəzərdə tutulub. Mərkəz həmçinin ölkələrarası mədəni münasibətlərin genişlənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində kütləvi tədbirlərin keçirilməsində mühüm işləri həyata keçirmək məqsədilə fəaliyyətə göstərəcək. https://cdn.yenisabah.az/files/de6eb526-f80c-45fe-b426-06c9e99b1464.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!