Tanınmış futbolçulardan UEFA-ya çağırış

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış futbolçulardan UEFA-ya çağırış

İdman

13 Noyabr 2025 12:09 715


70-dən çox peşəkar idmançı UEFA-ya İsrailin yarışlardan kənarlaşdırılmasına dair çağırış edib.

"Yeni Sabah" "Al Jazeera"ya istinadla xəbər verir ki, onlar bu addımı fələstinlilərin hüquqlarının pozulmasına etiraz olaraq atıblar.

“Sülh uğrunda idmançılar” adlı qrupun təşəbbüsü ilə UEFA prezidenti Aleksander Çeferinə məktub göndərilib. Məktub imzalayanlar arasında “Monako”nun yarımmüdafiəçisi Pol Poqba, “Vidad” klubunun futbolçusu Həkim Ziyeş və “Fulhem”də çıxış edən Adama Traore də var. Toyuqlu pizza

Məktubda Fələstin xalxına münasibətdə insanlığa qarşı cinayətlərin törədildiyi və bu kimi halların cəzasız qalmamalı olduğu bildirilib.

İdmançılar bu səbəbdən UEFA-nı İsrail Futbol Assosiasiyası ilə əlaqələri dayandırmağa çağırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!