Tanınmış həkim Azər Maqsudovun məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış həkim Azər Maqsudovun məhkəməsi başladı

Kriminal

20 İyun 2024 13:10 620


Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi təklif edilib. pizza sifarişi

Müşavirədən qayıdan hakim heyəti cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir. Ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!