Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, tanınmış cərrah Fərhad Səfərov 65 yaşında vəfat edib.
Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
F.Səfərov yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirdi. Dördpendirli pizza
Qeyd edək ki, Fərhad Səfərov Sabir oğlu 1961-ci il yanvar ayının 5-də Əli Bayramlı rayonunun, Qaragünə kəndində anadan olub. 1977-ci ildə, Bakı şəhər Kimya və Biologiya təmayüllü internat məktəbi bitirib. 1980-cı ildə, Nəriman Nərimanov adına Tibb İnstitunun müalicə-profilaktika fakultəsinə qəbul olub. 1986-cı ildə, həmin İnstitu Cərrah ixtisası üzrə bitirib. Bir il internatura keçildikdən sonra 1987-ci ildə Əli Bayramlı Şəhər Mərkəzi Xəstəxanasında cərrah həkim kimi fəaliyyətə başlayıb.
1997-ci ildən 2010-cu ilədək, Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyib. 2011-ci ildən 2020-ci ilədək, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi, sonra isə direktoru vəzifəsində çalşıb. 2022-2023 il tarixlərində, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. 2024-cü ilin sentyabr ayında Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru təyin olunmuşdu.
Aytac Əliyeva

Telegram kanalımız