Tanınmış hüquq müdafiəçisini maşın vurdu  - Fotolar

Tanınmış hüquq müdafiəçisini maşın vurdu - Fotolar

Hadisə

29 Oktyabr 2019 19:48 919


Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, qəza metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Gülalıyev Oktay Əligüşay oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, özəl klinikaların birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, O.Gülalıyev hüquq müdafiəçisidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!