Tanınmış jurnalist GÜLLƏLƏNDİ 

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist GÜLLƏLƏNDİ 

Dünya

26 Yanvar 2024 11:36 415


Kolumbiyanın şimalındakı Sucre departamentində radiostansiyaya rəhbərlik edən tanınmış jurnalist öldürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Kolumbiyanın Mətbuat Azadlığı Fondu məlumat yayıb. 

"Sonora Estéreo radiostansiyasının direktoru Mardonio Mejia Mendoza yanvarın 24-nə keçən gecə Sucre departamentinin San Pedro şəhərində motosikletdə olan qatillər tərəfindən güllələnib", - təşkilatın bəyanatında deyilir.  pizza hut

Həmin gün qətli törədənlərdən biri saxlanılıb; səlahiyyətlilər qətlin Mendozanın peşəkar fəaliyyətinə görə törədildiyini istisna etmir. 

Kolumbiyanın Mətbuat Azadlığı Fondu Baş Prokurorluğu mərhumun jurnalist fəaliyyətini nəzərə alaraq faktları tez və adekvat şəkildə araşdırmağa və qətlə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!