“Qanun” nəşriyyatının direktoru, tərcüməçi-yazar Şahbaz Xuduoğlu küçədə pulqabı tapıb.
“Yeni Sabah”ın xəbərinə görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ş.Xuduoğlu bildirib ki, iş yerlərinin yaxınlığında tapdığı pulqabının içində müxtəlif sənədlər və bank kartları var. Onun sahibi hələ müəyyənləşdirilməyib. pizza sifarişi
Ş.Xuduoğlu sənədlərin sahibindən paylaşımı görərsə əlaqə saxlamasını və gələrək sənədlərini götürməsini istəyib.
Aytac Əliyeva

Telegram kanalımız