Tanınmış pianoçunun Türkiyə ilə bağlı planları var

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış pianoçunun Türkiyə ilə bağlı planları var

Mədəniyyət

28 Noyabr 2025 14:11 849


Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Ankara Dövlət Opera və Balet Teatrının pianoçusu, Əməkdar artist Məlahət İsmayılova ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, görüşdə qardaş ölkədə milli musiqimizin tanıdılması və bu istiqamətdə təşkil olunacaq birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüşdə eyni zamanda digər ortaq layihələrlə bağlı təkliflər nəzərdən keçirilib. Azərbaycanın məşhur bəstəkarlarının əsərlərinin Türkiyədə səhnələşdirilməsi, birgə konsertlər və opera tamaşalarının təşkili məsələləri müzakirə olunub. Dördpendirli pizza

Qeyd edək ki, Mədəniyyət Mərkəzi Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!