Tanınmış polsi mayorunu kim öldürmək istəyir?   - “Facebook”da şok paylaşım

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış polsi mayorunu kim öldürmək istəyir? - “Facebook”da şok paylaşım

Hadisə

01 Oktyabr 2019 19:18 1318


"Facebook" sosial şəbəkəsində “Evez VAhidovic” profilinin sahibi naməlum şəxs Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisini ölümlə təhdid edib. Adıçəkilən profil polis mayoru Elşad Hacıyevin şəklini paylaşaraq, “Kim bunu öldürsə, 10.000 manat pul verəcəm” yazıb.

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı "Lent.az"a münasibət bildirən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi mayor Elşad Hacıyev, barəsində paylaşılan məlumatı cəfəngiyyat adlandıraraq fikir bildirməyəcəyini vurğulayıb.

Qeyd edək ki, həmin profil əvvəlki paylaşımlarda da eyni elanı verərək mətbuat xidmətinin rəisini vətən xaini adlandırıb. Profilin saxta olub-olmadığı məlum deyil. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!