Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Nağıqızı müzakirələrə səbəb olmuş “Məhsəti” filmi ilə bağlı "Facebook" hesabında paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, şairənin rübailərindən sitatla başlayan paylaşımda deyilir:
“İllərdir Məhsətini tədris edirik: Bu dünya bir qızıl kuzəyə bənzər... daha nələr, nələr... və günün birində: Üzrlü sayın, düz deməmişik. Dediyimiz deyilmiş bu insan. Tələbələrin reaksiyası necə olar? Niyə mən də varam deyə...” pizza
Mahirə Nağıqızı paylaşımında tədris edilən Məhsəti ilə filmdə təqdim olunan obrazın tələbələr və cəmiyyət üçün suallar yaratdığını yazıb.
M. Məmmədli
Telegram kanalımız