Tanınmış rejissor vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış rejissor vəfat etdi

Mədəniyyət

19 Yanvar 2026 09:03 816


Amerikalı rejissor və ssenarist Rocer Allers 76 yaşında dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə kinoprodüser Deyv Bossert sosial şəbəkələrdə məlumat yayıb.

Rejissorun ölüm səbəbi açıqlanmayıb. Pepperoni pizza

Rocer Allers 1950-ci ildə ABŞ-ın Nyu-York ştatının Ray şəhərində anadan olub. O, animasiyaya beş yaşında “Peter Pan” cizgi filmini izlədikdən sonra maraq göstərməyə başlayıb. Allers Harvardda animasiya üzrə kursları bitirib və daha sonra rejissor Stiven Lisbergerin studiyasında çalışmağa başlayıb.

Onun rejissor kimi debütü “Şir Kral” cizgi filmində olub. Bundan başqa, Allers Disney studiyasında ssenarist kimi də fəaliyyət göstərib və “Ələddin”, “Gözəl və bədheybət”, “İmperatorun yeni macəraları” kimi məşhur layihələr üzərində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!