Tanınmış şair Anara qarşı: “AYB ləğv olunmalıdır!” 

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış şair Anara qarşı: “AYB ləğv olunmalıdır!” 

Yazar

07 Yanvar 2024 10:37 13510


Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, gənc və istedadlı şair Elşad Barat təmsul olunduğu qurumun ləğvini tələb edib. 

Yenisabah.az xəbər verir ki, tanınmış şair bu bəyanatla özünün “Facebook” hesabında çıxış edib. O, AYB-nin yenilənməyə ehtiyacı olduğunu bildirib.

“Azərbaycan ədəbiyyatında (ədəbi mühitdə) bu qədər haqsızlıq, bu qədər ədalətsizlik, bu qədər nizamsızlıq varsa, deməli, bu sahənin bir ciddi quruma ehtiyacı var. Məncə, mənim də idarə heyətinin üzvü olduğum Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalı, yeni bir nizamlı, ədalətli qurum yaradılmalıdır” , - deyə yazar qeyd edib.  Dördpendirli pizza

Elşad Barat bildirib ki, problem Yazıçılar Birliyinin indiki rəhbərliyində yox, qurumun idarəçilik mexanizmindədir. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Elşad Baratın belə deməyə haqqı yoxdur. Dünən ədəbiyyat aləminə qədəm qoyub, yazdıqları da həvəskar qələm adının yazdıqlarından başqa bir şey deyil. məsələn, bunu rəhmətlik Qulu Xəlilov demiş olsaydı, Məsud Əlioğlu demiş olsaydı, belə assosiasiya doğurmazdı. Gənclər özlərindəm çox müştəbehdirlər.Təbii ki, hamıya aid deyil. Mətbuat da belə yzıları dərc etməməlidir.Belə iddialar qrup mənafeyinə xidmət edir.
    2 years ago