Tanınmış şair vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış şair vəfat etdi

Mədəniyyət

15 Dekabr 2025 16:25 996


Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, şair Qurban Həmidoğlu 78 yaşında vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Mərhum Ağstafa rayonunda dəfn olunub. Toyuqlu pizza

Xatırladaq ki, Nəbiyev Qurban Həmid oğlu 1947-ci ilin 30 oktyabrında Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. İxtisasca mühəndis olan sənət adamı ailəli idi, iki qız və bir oğul övladı var.

Onun “Şair niyə qocalmasın”, “Kövrək olur şair qəlbi”, “Poeziya mənim həyatımdır” və son olaraq 2021-ci ildə iki cilddən ibarət ümumilikdə beş kitabı işıq üzü görüb. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!