Tanınmış şərqşünas-alim vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış şərqşünas-alim vəfat etdi

Sosial

01 Sentyabr 2024 15:12 413


Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi Şamil Alməmmədov 84 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan məlumat yayıb.

O bildirib ki, Şamil Alməmmədov bir müddət əvvəl sağlamlığında yaranmış problemlə əlaqədar olaraq cərrahiyyə əməliyyatı keçirib. Toyuqlu pizza

Ş. Alməmmədov 1940-cı ildə anadan olub. 1960-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 1966-cı ildən BDU-nun Şərqşünaslıq fakültəsində laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışıb. 1975-1977-ci illərdə Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərib. 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalına layiq görülüb. O, fəaliyyəti dövründə 20-yə yaxın məqalə, proqram və kitabın müəllifi olub.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!