Tanınmış tənqidçi AYB-dən istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış tənqidçi AYB-dən istefa verdi

Yazar

27 Oktyabr 2022 12:52 2326


Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.

Yenisabah.az xəbər verir ki, tənqidçi bu barədə "Facebook" profilində verib.

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi. Toyuqlu pizza

Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir...

Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, - M.Qaraxanoğlu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!