Tanınmış tərcüməçi vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış tərcüməçi vəfat etdi 

Yazar

04 Aprel 2023 16:51 14528


Tanınmış tərcüməçi, filoloq Vilayət Hacıyev vəfat edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetindən bildirilib. 

Qeyd edək ki, Vilayət Hacıyev onkoloji xəstəlikdən əziyyət çəkirdi.  Pepperoni pizza

O, 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M.F.Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olub. 

Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb. 

Vilayət Hacıyev alman dilindən Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə tələbəlik illərindən məşğul olub. 70-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan mətbuatında tərcümələri nəşr olunub. V. Borxert, Z. Lents, Haynrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələr tərcümə edib. 

Erix Mariya Remarkın “Zəfər tağı”, Herman Hessenin “Yalquzaq”, Haynrix Böllün "Bir təlxəyin düşüncələri", “Kişisiz ev”, Frans Kafkanın "Məhkəmə" və bir sıra başqa əsərləri orijinaldan dilimizə çevirib. 

Allah rəhmət eləsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!