Tanınmış xanəndə yıxıldı və dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış xanəndə yıxıldı və dünyasını dəyişdi

Maraqlı

04 Mart 2019 15:02 1548


Tanınmış xanəndə Camal Dadaşov vəfat edib.

Yaxınlarının verdiyi məlumata görə, tanınmış xanəndənin heç bir xəstəliyi olmayıb. Gecə ailəsi, doğmaları ilə birgə olub. Yatmaq üçün otağına keçərkən qəfil yıxılıb və dünyasını dəyişib.

Qeyd edək ki, Camal Dadaşov 1950-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib, uzun illər Qobustan rayon Musiqi Məktəbində muğam dərsi keçib. Bir çox gənc xanəndənin, o cümlədən Muğam Müsabiqəsi-2007-nin laureatı Abgül Mirzəliyevin ustadıdır. Dominos pizza

C.Dadaşovun oğlu, tanınmış qarmon ifaçısı Nazim Dadaşov 2016-cı il 19 iyulda ağır qəza nəticəsində dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin!

Axar.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!