Tanzaniyada qızıl mədəni çökdü, 20-dən çox mədənçi öldü

saytların hazırlanması

Evə çatdırılma

Tanzaniyada qızıl mədəni çökdü, 20-dən çox mədənçi öldü

Dünya

13 Yanvar 2024 21:41 628


Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.

"Report"un “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.

Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”. pizza sifarişi

Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!