“Trans-Adriatik” (TAP) boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boruların 761 kilometri qaynaq olunub.
Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib. Onun sözlərinə görə, ötən ilin sonuna TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb və təxminən 492 kilometr ərazi tamamilə əvvəlki vəziyyətinə gətirilib.
“Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib”, - deyə L.Givert əlavə edib. Pepperoni pizza
TAP AG-nin kommunikasiya rəhbəri deyib ki, boru kəmərinin Yunanıstan və Albaniya hissəsində boruların ümumilikdə 97 faizi xəndəyə endirilib.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
Telegram kanalımız