Tapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Tapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı

Kriminal

11 Aprel 2026 15:12 476


Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

"Yeni Sabah" "Teleqraf"a istinadla xəbər verir ki, bir nəfər polisə müraciət edərək bank kartından oğurluq edildiyi barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı N.Kərimov müəyyən edilərək saxlanılıb. pizza

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin itirdiyi bank kartını taparaq marketlərdən və onlayn mağazalardan alış-veriş edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!