Xəbər verildiyi kimi, ötən gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qurumun ictimai siyasi şöbəsinin müdiri Zaur Ramazanovu vəzifəsindən azad edib.
“Yeni Sabah” xəbər verir ki, Əzizovun sərəncamı ilə Bakı şəhər İH Başçısı Aparatının İctima-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi təsis edilib və Elmin İmanov həmin şöbənin müdiri təyin edilib. E. İmanov bu vaxta qədər 6 nömrəli orta məktəbin tarix müəllimi işləyib.
Z. Ramazanovun hansı vəzifəyə təyin olunacağı müəyyənləşməsə də, onun İH-nin strukturlarından birində işlə təmin olunacağı gözlənilir.
Telegram kanalımız