Tarixdə bu gün necə yadda qalıb?
Yenisabah.az iyulun 13-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1908 - İlk dəfə olaraq qadın idmançılar müasir olimpiya oyunlarında (Londonda) iştirak ediblər. pizza hut
1918 - ADR-də səyyar hərbi xəstəxanaların yaradılmasına başlanıb.
1926 - Xalq rəssamı Vidadi Nərimanbəyov Fransanın Kann şəhərində anadan olub.
1930 - Uruqvayda futbol üzrə ilk dünya çempionatı keçirilib.
1977 - Nyu-York tarixində ilk dəfə olaraq 25 saat ərzində elektrik enerjisinin kəsilməsi ictimai asayişin pozulmasına səbəb olub.
1992 - Azərbaycan Respublikası Oman ilə diplomatik əlaqələr qurub.
2007 - Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında saziş imzalanıb.
Telegram kanalımız