Tarixdə bu gün necə qalıb?
Yenisabah.az iyulun 14-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1683 - Osmanlı ordusu Vyananı mühasirəyə alıb. pizza hut
1789 - Bastiliyanın alınması ilə Böyük Fransa inqilabı başlayıb.
1918 - Azərbaycan ordusu Karrar stansiyasını bolşevik-daşnak qoşunundan azad edib.
1920 - Azərbaycan İnqilab Komitəsi Bakı Universitetinin müəllim və professor heyətini hərbi səfərbərlikdən azad edib.
1952 - "General Motors" kütləvi istehsal olunan avtomobillərdə kondisioner quraşdırmağa rəsmən start verib.
1958 - İraqda dövlət çevrilişi baş verdi, kral II Faysal və baş nazir Nuri Səid Paşa öldürülüb.
1969 – Azərbaycanın ümummili lideri Heydər Əliyev ölkənin siyasi rəhbəri seçilib.
1995 - Almaniyanın Fraunhofer universitetində yeni yaradılan rəqəmsal audio kodlaşdırma formatı MP3 adlandırılıb.
2015 - Altılıq ölkələri ilə İran arasında yeni razılaşma sazişinin layihəsi hazırlanıb.
Telegram kanalımız