Tarixdə bu gün necə qalıb?
Yenisabah.az 27 iyulda baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1214 - Fransa kralı II Filip İngiltərə kralı Torpaqsız İoannı məğlub edərək Anju imperiyasına son qoyub. pizza mizza
1694 - İngiltərədə mərkəzi bank statusunda İngiltərə Bankı təsis edilib.
1826 - Gəncədə rus müstəmləkəçiliyi əleyhinə güclü üsyan başlayıb.
1890 - Vinsent van Qoq özünü tapança ilə vurdu və 2 gün sonra vəfat edib.
1940 - Baqz Banni obrazının ilk dəfə yer aldığı "Vəhşi dovşan" (A Wild Hare) cizgi filmi ekranlara çıxıb.
1983 - Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu nəticəsində səfirliyin 2 əməkdaşı və 5 terrorçu öldürülüb.
2002 - Ukraynada aviaşou zamanı Su-27 təyyarəsinin tamaşaçıların üzərinə düşməsi 77 insanın ölümünə və 500-dən artıq insanın yaralanmasına səbəb olub.
Telegram kanalımız