Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az avqustun 28-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1521 - Belqrad Osmanlı ordusu tərəfindən işğal olunub. pizza hut
1833 - Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində quldarlığı ləğv edən qanun qəbul edib.
1919 - Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul edib.
1963 - Vaşinqtona yürüş zamanı Martin Lüter Kinq özünün məşhur "I Have A Dream" (Mənim bir arzum var) nitqini söyləyib.
1988 - Almaniyanın Ramştayn hərbi hava bazasındakı aviaşou zamanı 3 təyyarənin havada toqquşub tamaşaçıların üzərinə düşməsi nəticəsində 70 nəfər həlak oldu, 346 nəfər yaralanıb.
1991 - Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan edib.
2003 - Londonun elektrik sistemindəki qəza nəticəsində 500 min nəfər şəhər sakini yarım saat, bəzi yerlərdə 2 saatadək işıqsız qalıb.
Telegram kanalımız