Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az sentyabrın 15-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1835 - Çarlz Darvin "Biql" briqində Qalapaqos adalarına gəlib. pizza mizza
1916 - Somma döyüşündə ingilislər dünyada ilk Mark I tankını sınaqdan keçiriblər.
1928 - İngilis mikrobioloqu Aleksandr Fleminq penisillini əldə edib.
1935 - Nürnberq qanunları ilə yəhudilər Almaniya vətəndaşlığından məhrum ediliblər.
1950 - Koreya müharibəsi: ABŞ öz desantlarını Cənubi Koreyanın İnçxon şəhərinə yerləşdirib.
1959 - Nikita Xruşşov sovet liderləri arasında ilk dəfə ABŞ-a səfər edib.
1971 - "Qrinpis" təşkilatı ilk aksiyasını Alyaskadakı nüvə sınaqlarına qarşı keçirib.
1918 - Bakı döyüşü: Bakı Qafqaz İslam Ordusu tərəfindən Bolşevik-Daşnak-Bakı Sovetindən azad edilib.
Telegram kanalımız