Tarixdə bu gün  - Necə yadda qalıb?

saytların hazırlanması

Evə çatdırılma

Tarixdə bu gün - Necə yadda qalıb?

Maraqlı

01 Oktyabr 2020 09:50 882


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az oktyabrın 1-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

e.ə. 331 - Qavqamel döyüşündə Makedoniyalı İsgəndər Əhəməni çarı III Daranı məğlub edib. pizza mizza

1795 - Cənubi Niderland torpaqları (gələcək Belçika ərazisi) Fransaya birləşdirilib.

1827 - General Paskeviçin rəhbərliyindəki rus qoşunları İrəvan qalasını ələ keçiriblər.

1880 - Tomas Edison ilk elektrik lampası fabrikini açıb.

1908 - Henri Ford avtomobilqayırma sənayesinin ən çox satılan modellərindən olan T modelinin istehsalına başlayıb.

1971 - Florida ştatının Orlando şəhəri yaxınlığında sahəsinə görə dünyanın ən böyük əyləncə mərkəzi olan "Disney World" fəaliyyətə başlayıb.

1988 - SSRİ milli futbol komandası Braziliya milli futbol komandasını 2:1 hesabı ilə məğlub edərək Olimpiya çempionu olub.

1999 - Rus ordusunun Çeçenistan ərazisinə daxil olması ilə İkinci Çeçenistan müharibəsi başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!