Tramp Vyetnamda Kim Çen Inla bir araya gələcək.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında ikinci tarixi görüş bu gün Vyetnamın paytaxtı Hanoy şəhərində keçiriləcək. Dövlət başçıları arasındakı söhbət yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 15:40-da) başlayacaq və saat 19:00-da (16:00) başa çatacaq. Onlar eyni zamanda "Sofitel Legend Metropole" hotelində iki saata yaxın müddətdə birlikdə olacaqlar. Belə ki, Tramp hotelə saat 18:15-də (15:15) gələcək, 20:35-də (17:35) isə görüş yerini tərk edəcək.
Xatırladaq ki, uzun müddət bütün dünya üçün qapalı olan Şimali Koreya lideri ilə ABŞ prezidenti arasında ilk görüş ötən ilin iyun ayında olmuşdu. Dördpendirli pizza
Telegram kanalımız