“Tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır”

Siyasət

23 İyun 2023 20:57 546


Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətlərdən söhbət düşəndə ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında deyib.  

Diqqət çəkən məqam budur ki, xalq bütün çətinliklərə, təhlükələrə baxmayaraq sabaha ümidini itirmədi. Xalqda belə bir əminlik var idi ki, daim çətin anlarda xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev yenə də onları  tək qoymayacaq, tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizin itirilməsinə laqeyd qalmayaraq, öz zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxaracaq. Elə də oldu.  Toyuqlu pizza

Ölkədə demokratik dövlət quruculuğu,  siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsipləri bərqərar edildi. Son nəticədə dahi şəxsiyyət Heydər Əliyev adını  xalqımızın  dövlətçilik tarixinə  müasir müstəqil, demokratik Azərbaycan dövlətinin banisi kimi həkk etdi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev yolunun aydın mənzərəsini təqdim edir. Azərbaycanın ötən hər gününü tarixinə uğur səhifəsi kimi yazması məhz möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. 

Vüqar Rəhimzadə iqtisadi inkişafın davamlılığı fonunda Azərbaycanın digər sahələrdə qazandığı uğurlardan da geniş bəhs edib. Bildirib ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması üçün bütün zəruri işlər görüldü. 

Ümummilli Liderin çağırışlarında belə bir məqam xüsusi qeyd edilirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordun olmalıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışının ilk günündən qarşıya qoyduğu əsas hədəflərdən biri də Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılması idi. Qısa müddətdə ölkəmizin ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsinə nail olundu. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!