Tarrantın Türkiyə planının detalları üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Tarrantın Türkiyə planının detalları üzə çıxdı

Dünya

20 Mart 2019 14:38 1403


Yeni Zelandiyada 50 müsəlmanı qətlə yetirən Brenton Tarrantın Türkiyəyə səfəri zamanı etdiyi hərəkətlərin detalları məlum olub.

“Yeni Sabah” xəbər verir ki, Tarrantın İstanbuldan başqa  Ağrı, Sivas, Tokat, Konya, Ankara, Ədirnə, İzmir ve Mersinə də getdiyi məlum olub. O, həmin yerlərdə yalnız tarixi əraziləri ziyarət edib. 

2016-cı ilin martın 17-də İstanbula gələn Tarrant Ayasofiyanın yanındakı Merih Otelə yerləşib. Orada 3 gün qalan terrorçu Ayasofya, Yerebatan Sarnıcı ve digər tarixi yerləri gəzib.  Sezar pizza

6 ay sonar o yenidən Türkiyəyə qayıdıb. Ağrı Doğubeyazıt, ardınca Sivas, Tokat, Konya və Ankaraya gedib. Tokat ziyarətində Fatih Sultan Mehmet tərəfindən əsir alınan Kazıklı Voyvoda adı ilə tanınan Eflak Prens 3. Vladın saxlanıldığı Tokat qalasını ziyarət edib.

Ankarada 2 gün qalan Tarrant sonra İstanbula gəlir. Fatih Aksaraydakı Sinem Otelin 303 nömrəli otağında yerləşir. 

Ardınca 6 gün Ədirnədə qalan terrorçu buradakı tarixi yerləri ziyarət etdikdən sonra İzmirə gedir. Burada 1770-ci ildə Rus donanmasının Osmanlı donanmasını məğlub etdiyi müharibənin olduğu yerləri gəzir. 

Və 6 gün də Mersində qalan Tarrant sonra İsrailə yola düşüb.

Tarrantın ən sirli səfəri Ankara olub. Belə ki, Türkiyənin paytaxtında qaldığı 2 gün müddətdə onun harada olması ilə bağlı heç bir iz tapılmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!