Tatlısəs mesaj göndərdi: Ona halallıq verməyəcəyəm

saytların hazırlanması

Evə çatdırılma

Tatlısəs mesaj göndərdi: Ona halallıq verməyəcəyəm

Şou

10 Aprel 2026 14:12 410


İbrahim Tatlısəsin xəstəxanadan göndərdiyi səsli mesaj göndərib.

"Yeni Sabah" xəbər verir ki, sabah əməliyyat olunacağı gözlənilən müğənni xəstəxanadakı vəziyyəti və övladları ilə bağlı sərt fikirlərini bölüşüb. O, aparıcı Ece Erkenə göndərdiyi səsyazısında reanimasiyada olduğunu, amma özünü yaxşı hiss etdiyini bildirib.

Tatlısəs mesajında xüsusilə oğlu Ahmetə qarşı qəzəbini gizlətməyib. O deyib ki, meneceri Tuğçe və qızı Melek olmasaydı, Ahmetlə Dilanın onu görməsinə icazə verməzdi. Pepperoni pizza

Müğənni övladı ilə bağlı çox ağır ifadələr işlədib. İbrahim Tatlıses bildirib ki, oğlunu bağışlamaq fikrində deyil, ona haqqını da halal etməyəcək.

Xatırladaq ki, sənətçi xəstəxanada olduğu günlərdə küsülü olduğu qızı Dilan, oğlu Ahmet və nəvəsi Mert də ona baş çəkməyə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!