Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin doğulduğu və uşaqlıq illərini keçirdiyi mağara muzey kimi fəaliyyət göstərəcək.
“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni bu barədə doğulduğu Şanlıurfa vilayətində bələdiyyə sədri ilə görüşdə jurnalistlərə açıqlama verib.
“İmperator” ləqəbli müğənni belə bir təşəbbüs irəli sürüldüyü üçün çox şad olduğunu deyib: “Qoy insanlar bilsin ki, mən necə bir çətin şəraitdə böyümüşəm. Kasıb bir ailənin övladı olmuşam, mağarada böyümüşəm və bununla fəxr edirəm. Sonradan Allahın köməkliyi ilə məşhur oldum. Ölüm təhlükəsi keçirsəm də, indiki halıma şükr edirəm. İndi 3 gəmim, 3 villam və 2 təyyarəm var”. Marqarita pizza
Həmçinin müğənni Şanlıurfada otel tikdirəcəyini də qeyd edib.
Qeyd edək ki, bələdiyyə sədri muzeyin gələn il hazır olacağını açıqlayıb.


Telegram kanalımız