Elşad Miri Azərbaycanda ilk dəfə olaraq Quran surələrinin izahlı tərcüməsini videodərslər halında izləyicilərə çatdırmağa başlayıb.
“Yeni Sabah” xəbər verir ki, E. Mirinin dördüncü dərsi Quranın 111-ci surəsi olan "Təbbət" surəsinin izahlı tərcüməsidir.
Məlumat üçün qeyd edək ki, Quranın 111-ci surəsi olan "Təbbət" surəsinin Peyğəmbərin əmisi Əbu Ləhəb barəsində gəldiyini düşünmək yanlışdır. Bu həmin mesajı VII əsrə həbs etmək deməkdir. Dördpendirli pizza
Surə mala, var-dövlətə, qohum-əqrəbaya, övlada güvənərək mənfi hərəkət etməyin nəticəsindən bəhs edir. “Təbbət” surəsi tayfabazlığın, qohumbazlığın kökünə də balta vuran surədir.
Bu surənin Əbu Ləhəbin sağlığında, hələ o həyatda ikən gəldiyi iddia edilir. Bunu da qədər, alın yazısı, tale anlayışı ilə izah etməyə çalışırlar.
Elşad Miri isə surədə həm Əbu Ləhəbin əlləri məsələsinə, həm də surənin Əbu Ləhəbin vəfatından sonra gəldiyinə aydınlıq gətirir.
İndi, gəlin birlikdə, həmin surənin izahlı tərcüməsinin birinci hissəsinə birlikdə tamaşa edək.
Telegram kanalımız