TBMM Sədri Numan Kurtulmuş Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

TBMM Sədri Numan Kurtulmuş Azərbaycana gəldi

Siyasət

11 İyul 2023 23:10 704


Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş parlament nümayəndə heyəti ilə Azərbaycana səfər edib.

N. Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və digər rəsmilər qarşılayıblar.

N.Kurtulmuş sabah Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov habelə digər rəsmilərlə görüşəcək. pizza mizza

TBMM sədri Bakıda TÜRKPA Baş Katibliyini, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Qeyd edək ki, N.Kurtulmuş Azərbaycandan əvvəl Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!