TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

Siyasət

25 Fevral 2023 17:38 579


Türk Dövlətləri Təşkilatı (TDT) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Yenisabah.az xəbər verir ki, bəyanatı təşkilatın baş katibi Kubanıçbek Ömuraliyev imzalayıb.

Bəyanatda deyilir: pizza sifarişi

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından 31 il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Xocalının acı xatirəsi hələ də azərbaycanlı bacı-qardaşlarımızın qəlbində qalıb. Türk Dövlətləri Təşkilatı olaraq biz Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan xalqı və hökuməti ilə çiyin-çiyinə olmağa davam edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!