TƏBİB “Avromed”in yanlışını üzə çıxardı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB “Avromed”in yanlışını üzə çıxardı

Sağlamlıq

21 Dekabr 2020 15:43 864


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə TƏBİB-ə məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə paylaşılan fotolara münasibət bildirib.

Qurumdan Yenisabah.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

"Bununla bağlı 18.12.2020-ci ildə TƏBİB tərəfindən açıqlama verildi. İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. pizza

Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla, ölkəmizin digər rayonlarında koronavirus xəstələrinin stasionar və ambulator müalicəsi ilə məşğul olur. Bu ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir. Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya +99451513-1542 nömrəsinə məlumat verəsiniz", TƏBİB-dən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!