TƏBİB-in Müşahidə Şurasının yeni sədri məşhur həkimin oğludur -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-in Müşahidə Şurasının yeni sədri məşhur həkimin oğludur - DOSYE

Sağlamlıq

08 Aprel 2026 14:55 3542


Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı sərəncamla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib. 

“Yeni Sabah” xəbər verir ki, qurumun Müşahidə Şurasına bundan sonra Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov rəhbərlik edəcək.

Müşahidə Şurasının üzvləri aşağıdakılardıır. Marqarita pizza

Maliyyə nazirinin müavini

Səhiyyə nazirinin müavini

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, bundan əvvəl TƏBİB-in Müşahidə Şurasına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri rəhbərlik edirdi. Prezident İlham Əliyevin martın 19-da imzaladığı sərəncamla Dövlət Agentliyi ləğv olunub.

TƏBİB-in Müşahidə Şurasının yeni sədri Xalid Əhədovun tərcümeyi-halını təqdim edirik.

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.

İngilis, rus, ispan və türk dillərini bilir.

1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. “Bank of Baku”da (1999–2012), “Unibank” da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart” prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.

2016-cı ildə “AzərTürkBank”ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.

Azərbaycan Respublikasının İqtisadi Şurasının, “ABB” ASC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının üzvü, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının sədridir.

27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

X.Əhədov həkim ailəsində böyüyüb. Onun atası Nurəddin Əhədov Azərbaycanın məşhur həkimlərindəndir. Ali dərəcəli doktor N.Əhədov Ali Sovetinin XII çağırış deputatı olub. O, “istiqlalçı” deputatlardan biridir.

X.Əhədov ailəlidir, 3 övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!