TƏBİB-in müvəqqəti sədri kimdir? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-in müvəqqəti sədri kimdir? - DOSYE

Sağlamlıq

16 Fevral 2026 15:16 1049


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Həmin vəzifənin icrası müvəqqəti olaraq TƏBİB sədrinin müavini Anar İsrafilova həvalə olunub.

“Yeni Sabah” A.İsrafilovla bağlı məlumatları təqdim edir. 

O, Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Dominos pizza

Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.

Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.

2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

2022-ci il noyabrın 20-də TƏBİB-in icraçı direktorunun müavini təyin olunub. 

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!