Metro insidentindən sonra xəstəxanaya yerləşdirilənlər var -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Metro insidentindən sonra xəstəxanaya yerləşdirilənlər var - RƏSMİ

Sosial

21 Aprel 2026 17:13 437


Bakı metrosunda bu gün baş verən hadisə zamanı təcili tibbi yardım briqadaları gücləndirilmiş rejimdə əraziyə cəlb olunub.

Bu barədə “Yeni Sabah"ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Belə ki, çağırış əsasında hadisə yerinə 21 təcili tibbi yardım briqadası göndərilib: Toyuqlu pizza

"21.04.2026-cı il tarixində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib".

Qeyd edək ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Hadisə səbəbindən metro stansiyalarına girişə müvəqqəti məhdudiyyət qoyulub, “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib, qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti isə məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!