Noyabrın 17-i saat 18:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Çağırış ünvana dərhal təcili tibbi yardım briqadası cəlb olunub. pizza mizza
"Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxs (kişi) sol budun aşağı üçdə bir hissəsinin kəsilmiş - deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan yeniyetmənin göstərilən reanimasiya tədbirləri və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 22:00 radələrində ölüm faktı qeydə alınıb".
Xatırladaq ki, söhbət 2010-cu il təvəllüdlü H. Mirzəyevdən gedir.
O, Abbas Mirzə Şərifzadə küçəsindəki 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətində bıçaqlanıb.
İYeniyetmələr arasında yaranan mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı məktəblilərdən biri digərinə bıçaqla şah damarından xəsarət yetirib.
Hadisə baş verən an yeniyetmələrin yanında təxminən 10-a yaxın başqa şəxs də olub. Əraziyə dərhal polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdiri
Telegram kanalımız