Təbriz-Bakı reysi ilə gələn sərnişinin çantasında psixotrop dərmanlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Təbriz-Bakı reysi ilə gələn sərnişinin çantasında psixotrop dərmanlar aşkarlandı

Kriminal

22 Noyabr 2025 08:57 655


Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

"Yeni Sabah" xəbər verir ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.

Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük yoxlaması zamanı 8 430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu və 15 070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib. pizza mizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!