Təbrizdə olan azərbaycanlı yazıçı ilə əlaqə kəsilib:   “Heç bir məlumat yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Təbrizdə olan azərbaycanlı yazıçı ilə əlaqə kəsilib: “Heç bir məlumat yoxdur”

Mədəniyyət

02 Mart 2026 12:28 1350


“Həmidlə hazırda heç bir əlaqəmiz yoxdur. Ən son 2 gün qabaq danışmışıq. Bildirmişdi ki, narahat olma, əlaqə yarada bilməyəcəyik”.

Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədr müavini, yazıçı, televiziya aparıcısı Həmid Heriçinin həyat yoldaşı, aparıcı İlhamiyyə Rza deyib.

O bildirib ki, hazırda Həmid Herisçidən heç bir xəbər yoxdur: pizza

“Deyirdilər ki, internet və telefon kəsiləcək. Ən son onda danışmışıq. Ondan sonra xəbərimiz yoxdur. İndi yığsaq belə zəng çatmır. Çünki telefon xətləri işləmir. Hazırda Təbrizdədir. Əsas odur ki, yerini-yurdunu bilirəm. İstəyərdim ki, qayıtsın. Çünki orada qalması təhlükəlidir”.

Qeyd edək ki, şair 2 həftəyə yaxındır ki, Təbrizdədir. Hazırda ABŞ, İsrail və İran arasındakə müharibə səbəbilə onunla əlaqə yaratmaq mümkün deyil.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!