TƏCİLİ: Rusiyada səfərbərlik elan olundu

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ: Rusiyada səfərbərlik elan olundu

Siyasət

21 Sentyabr 2022 10:13 1954


Rusiyada qismən səfərbərlik elan olunub.

“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Bu gün Moskva vaxtı ilə saat 9:00-da prezident Vladimir Putinin ruslara Donbass və Ukrayna haqqında, "xüsusi hərbi əməliyyat"da iştirak edən könüllülərin statusu haqqında videomüraciəti yayımlanmağa başlayıb. pizza sifarişi

O, qismən səfərbərlik haqqında sərəncam imzalayıb.

Prezident bildirib ki, "Vətənimizi, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə Müdafiə Nazirliyinin ölkədə qismən səfərbərlik aparılması təklifi"ni dəstəkləyib.

O, həmçinin "LXR", Xerson və Zaporojye vilayətlərində öz müqəddəratını təyinetmə və onların Rusiyaya qoşulması ilə bağlı referendumların keçirilməsinə dəstək vəd edib.

Putin hökumətə və Müdafiə Nazirliyinə könüllülərin statusunun müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verdiyini də bildirib.

Müraciətin səs yazısı Kremlin saytında yerləşdirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!