Təcili yardım maşını qəzaya düşdü – Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Təcili yardım maşını qəzaya düşdü – Xəsarət alan var

Hadisə

03 Oktyabr 2019 14:51 1161


Saatlıda təcili tibbi yardım maşını qəzaya uğrayıb. 

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, hadisə Saatlı-İmişli-Beyləqan-Bəhramtəpə magistral yolunun Əlisoltanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Saatlı Rayon Mərkəzi xəstəxanasının təcili yardım maşınının sürücüsü Vaqif Heydərov çağırışa gedən zaman Naxçıvan sakini, 1994-cü il təvəllüdlü Əhmədov Nihad Xudaverdi oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.  pizza hut

Nəticədə xəsarət alan “Mercedes”in sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N.Əhmədovun yuxulu olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!