Son vaxtlar icra başçılarının atdığı bəzi addımlar cəmiyyətdə qınaq obyekti olub.
Yenisabah.az xəbər verir ki, bəzən icra başçıları bir-birinə baxıb eyni addımı atır (toyda oynamaq və s ), bəzisi “jurnalist” tutub xüsusi səhnə düzəldərək özünü təriflədir, bəzisi iştırak etdiyi bütün tədbirlərdə yatır və bu kimi cəmiyyət tərəfindən xoş qarşılanmayan hərəkətlərə yol verirlər.
Bu addımları doğuran səbəb nədir? İcra başçılarının özlərini “kəndxuda” kimi aparması nəydən qaynaqlanır? Sezar pizza
Milli Məclisin deputatı Razi Nurullayev "Yeni Sabah"a açıqlamasında deyib ki, icra başçılarının bu cür davranmasına səbəb özlərini apara bilməmələridir:
“Vəzifəli şəxslər nəzərə almalıdırlar ki, onlar daima diqqət mərkəzində olur, ona görə də hərəkətlətinə fikir verməlidirlər. Amma bəzi hərəkətləti var ki, normal baxıram. Məsələn, vəzifəli şəxslərin, icra başçılarının toyda oynamağına pis baxa bilmərəm. İstər prezident ol, istər vəzifəli şəxs ol, hər kəs rəqs edə bilər. Hesab edirəm ki, cəmiyyətin bunu onların ayağına mənfi hal kimi yazmağı düzgün deyil. Amma, lap əvvəllər bir çox vəzifəli şəxslər həqiqətən də özlərini “kəndxuda”, kiçik padşahlar kimi aparırdılar. Bunların isə sayı xeyli azalıb. Bu gün hamının əlində telefon, kamera var, hər gördüyünü çəkə bilirlər. O tanınan şəxslər kameraya tuş gələrlərsə, ictimai qınağa məruz qala bilərlər. Xalqımız da belə məsələləri bəzən haqlı, bəzən haqsız olaraq linç edir. Bəzən hansısa vəzifəli şəxslə bağlı cəmiyyətdə oturuşmuş fikir varsa onun müsbət addımlarını da mənfi kimi qələmə verib o şəxsi linç edirlər. Mən bu məsələlərə yaxşı baxmıram.
Deputat həmçinin icra başçılarının vətəndaş şikayətlərinə etinasız yanaşmasından və onların problemlərini həll etməyə qadir olduğu halda həll etməməsindən da danışaraq bildirib ki, bəzi vətəndaşlar yalnız Prezidentə müraciətdən sonra problemlərinin həll olunmasına nail ola bilirlər:
“Mən istərdim ki, icra başçılarımız şikayət və müraciətlərə önəm versinlər, insanları razı yola salsınlar. Onlar bacardıqları qədər səmimi olmalı, şikayətləri də səmimi şəkildə həll etməlidirlər. Prezidentin sərəncamı ilə təyin edilən şəxslər, icra hakimiyyətləri tərəfindən təyin edilən şəxslər, bələdiyyələr mümkün qədər vətəndaş şikayətlərinin sayını azaltmalıdırlar, bu da onları həll etməklə mümkün ola bilər. Təəssüflə qeyd etməliyik ki, şikayətlətin sayı azalmır. Buna səbəb də odur ki, vəzifəli şəxslər şikayətə gələn vətəndaşları “yola verir”. Bu barədə mənim əlimdə yüzlərlə var. Bəzi şikayətlər də var ki, onları çox asanlıqla həll edə bilərlər, amma etmirlər. Adi misal çəkim, cənab prezidentin göstərişi ilə vəzifəli şəxslər müxtəlif rayonlara səfər edir və şikayətçiləri yerlərdə qəbul edirlər. Bu çox yaxşı bir ənənədir. Həmin şəxslər rayonlara səfər edəndə onlara edilən hər 50 şikayətdən 40-45-i yerlərdə həll edilir. Necə olur ki, nazir, nazir müavinləri şikayəti qəbul edəndə həll edilir, amma icra başçıları şikayətlərə baxmır. Bu niyə belə olur? Niyə özləri problem və şikayəti dinləməyə səy göstərmirlər? Əgər nazirlərin dinlədiyi şikayətçiləri danışdırsaq deyecəklər ki, müraciət etmədikləri yer qalmayıb. Hamısına mənfi cavab verilib. Necə olur ki, nazir gələndə həll edilir, amma nazirə qədər çoxsayda ərizələr havada qalır? Burda məntiqi harda axtaraq? Demək ki, vəzifəsinə doğru-dürüst yanaşmayanlar hələ də var, vəzifəsinin öhtəsindən gəlməyənlər var. Bunun da bir səbəbi var: Azərbaycanda vəzifəyə təyinat hələ də inhisardadır. Hər bir vəzifəli şəxs hələ də dostunu, tanışını, qohumlarını vəzifəyə təyin etdirir. Baxırsan ki, vəzifə verilməsi üçün sənədləri prezidentin qabağına qoyulan insanın heç o sahədən anlayışı yoxdur. Mühəndisi gətirib qoyurlar kənd təsərrüfatına, kosmik sahədə çalışanı gətirib aqranom qoyurlar və s. Onlar da gedib o sahəni 2 il öyrənməyə çalışır, o vaxtacan da onun başına corab hörürlər, çıxır gedir. Ona görə də mən bu kimi halları qınayıram, bu halların cəmiyyətimiz üçün, dövlətçiliyimiz üçün ziyanlı olduğunu hesab edirəm”.
Nurlan Cəfəri
Telegram kanalımız