Tədqiqatçılar bu dəfə süni intellektə “unutmağı” öyrətdilər

saytların hazırlanması

Evə çatdırılma

Tədqiqatçılar bu dəfə süni intellektə “unutmağı” öyrətdilər

Rəqəmsal

17 İyul 2025 10:55 549


Süni intellektlə bağlı tədqiqatlar yeni bir mərhələyə keçib. Alimlər bu dəfə süni intellekt sistemlərinə insan beyni kimi unutma qabiliyyəti qazandırmağı bacarıblar.

Yenisabah.az xəbər verir ki, ABŞ-ın Nyu-York Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma nəticəsində süni intellekt modellərinə unutmaq funksiyası əlavə olunub. Tədqiqatçılar bu addımın süni intellektin daha çevik və real qərarlar verməsinə imkan yaradacağını bildiriblər.

Tədqiqatda qeyd olunur ki, indiyə qədər süni intellekt sistemləri öyrəndikləri hər məlumatı yadda saxlayırdı. Lakin bu, zamanla onların qərarvermə mexanizmini ləngidir və səhv riskini artırırdı. Yeni model isə vacib olmayan və ya köhnəlmiş məlumatları silməklə, daha sürətli və dəqiq nəticələr əldə etməyə şərait yaradacaq. pizza sifarişi

Mütəxəssislər bu texnologiyanın gələcəkdə robototexnika, səhiyyə və təhlükəsizlik sahələrində geniş tətbiq ediləcəyini vurğulayıblar.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!