İranlı deputatdan Azərbaycana təhdid:  “Yoxsa əl qola yapışacaq“

saytların hazırlanması

Evə çatdırılma

İranlı deputatdan Azərbaycana təhdid: “Yoxsa əl qola yapışacaq“

Siyasət

24 Sentyabr 2021 11:41 12851


İran parlamentinin deputatı Əhməd Naderi Azərbaycanlı həmkarı Elman Məmmədov və ADP sədri Sərdar Cəlaloğlunun açıqlamalarına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Tehranı təmsil edən iranlı parlamentari öz “Twitter” səhifəsində qısa paylaşım edib:

“İranın səbrini böyüklüyünün əlaməti hesab edin. Yaxşı qonşuluq dost və qonşu ölkələrin borcudur. Əks halda əl qola yapışacaq”. Dördpendirli pizza

Əhməd Naderi paylaşımına "Bakı Cümhuriyyəti", "Həsənquliyev" və "Elman Məmmədov" həştaqlarını, həmçinin Sərdar Cəlaloğlu ilə Elman Məmmədovun fotolarını da əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Ərdəbil imam-cüməsinin Azərbaycanla bağlı açıqlamasına Elman Məmmədov münasibət bildirərək ölkəmizin təhdid ediləcəyi halda, “Şir”in quyruğunu kəsərik”, Sərdar Cəlaloğlu isə “Pakistan ordusu Tehranı fəth edəcək” ifadəsini işlətmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!